285
15:52, Bu gün

"Avroviziya" yenidən siyasi qalmaqalın mərkəzində: İsrailə görə boykot və etirazlar artır - "The New York Times"

 
İnsan haqları təşkilatları və bir sıra Avropa ölkələri İsrailin müsabiqədə iştirakına qarşı çıxır...
 
Vyanada "Avroviziya-2026" mahnı müsabiqəsi start götürsə də, builki yarışma yenidən siyasi qalmaqalların kölgəsində keçir. 
 
Moderator.az xəbər verir ki, bu barədə "nyt.com" nəşri yazıb
 
Avroviziya-2026" İsrail qalmaqalı ilə başlayır
Nəşr yazır ki, Vyana şəhərində start götürən "Avroviziya-2026" hələ açılışdan siyasi gərginliklə gündəmə gəlib. 35 ölkənin iştirak etdiyi yarışdan 5 ölkə İsrailin iştirakı səbəbindən boykot qərarı verib. İsrailin müsabiqədə qalması yenidən geniş etirazlara səbəb olub.
 
"Amnesty International" beynəlxalq insan haqları təşkilatı İsrailin müsabiqədən kənarlaşdırılmamasını sərt şəkildə tənqid edib. Təşmilat bunu sərt tənqid edərək Avropa Yayım Birliyini "ikiqat standartlarda" ittiham edib və İsrailin iştirakını "insanlığa xəyanət" adlandırıb.
Təşkilat bildirir ki, Rusiya Ukrayna müharibəsinə görə yarışdan kənarlaşdırıldığı halda, İsrailə münasibətdə fərqli yanaşma tətbiq olunur. Avropa Yayım Birliyi isə öz qərarını müdafiə edərək "Evrovizion siyasi platforma deyil" mövqeyini saxlayır.
 
Səsvermə qalmaqalı və milyonluq kampaniya
Nəşrin İsrailin "Avroviziya-2025" zamanı təxminən 1 milyon dollar dəyərində geniş reklam kampaniyası apardığını üzə çıxarıb. Məqsəd Avropada televiziya tamaşaçılarının səsini İsrail iştirakçısına yönləndirmək olub. Bu kampaniya xüsusilə jüri və tamaşaçı səsi arasındakı fərqi kompensasiya etmək üçün həyata keçirilib.
 
Araşdırmada qeyd olunur ki, İsrail bəzi ölkələrdə, o cümlədən İspaniyada gözləniləndən xeyli yüksək səs toplayıb. Bu isə Avropa Yayım Birliyi daxilində narahatlıq yaradıb və səsvermə qaydalarının sərtləşdirilməsinə səbəb olub. İsrail tərəfi isə ittihamları rədd edərək, bütün fəaliyyətin qaydalar çərçivəsində olduğunu bildirib.
Vyana səhnəsində artan gərginlik
 
"Avroviziya-2026" çərçivəsində İsrail yenidən favoritlərdən biri sayılır. Amma yarışın ətrafında etirazlar da səngiməyib. Son illərdə İsrailin Qəzza əməliyyatları fonunda yarış həm küçə etirazlarına, həm də siyasi boykotlara səhnə olub. Malmödən Bazelə qədər keçirilən əvvəlki müsabiqələrdə İsrail nümayəndələri ciddi təhlükəsizlik altında çıxış ediblər.
Bütün bu gərginliyə baxmayaraq, təşkilatçılar müsabiqənin "musiqi və birlik" ruhunu qorumağa çalışdıqlarını bildirirlər. Amma artıq açıq görünür ki, "Avroviziya" əvvəlki kimi sırf musiqi yarışması deyil, siyasi gərginliklərin də səhnəsinə çevrilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər