229
13:17, Bu gün

"Komedixana" bu obrazla rekord qırdı - "Bığlı gözəl" KİMDİR?

Aktrisa Gülzar Əşrəfovanın yaratdığı son rol tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
 
"Komedixana"nın son buraxılışlarının birində Qacarlar sarayında "bığlı gözəl" kimi tanınan Anis Əl Dolehin obrazının canlandırılıb.
 
Qeyd olunan hissə sosial şəbəkələrdə böyük məşhurluq tapıb və izlənmə rekordu qırıb.
 
Məlumat üçün bildirək ki,19-cu əsrdə İran qadınlarının gözəllik standartı isə kök və bığlı qadınlar idi. Bəli, yanılmadınız, iranlı qadınlar gözəl görünmək üçün özlərinə qələmlə incə bığ çəkirdilər. Bığlı qadınlar kişiləri valeh edirdi.
 
Bığlı gözəllərin başında isə Anis Əl Doleh dayanırdı. Əfsanələrə görə, kişilər onun dərdindən ölürdü. Hətta saraya gətirilənə qədər ona 145 kişi aşiq olmuş, 13 kişi də onun dərdindən intihar etmişdi. /Oxu24.com/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər