“Üstündən 48 il keçib, heç yerdə görünməyib” - Leyla Bədirbəyli, Fazil Salayevlə bağlı görüntülər ÜZƏ ÇIXDI - FOTO+ÖZƏL
410
15:50, Bu gün

“Üstündən 48 il keçib, heç yerdə görünməyib” - Leyla Bədirbəyli, Fazil Salayevlə bağlı görüntülər ÜZƏ ÇIXDI - FOTO+ÖZƏL

Azərbaycan Dövlət Film Fondunun arxivinə 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tədris kinostudiyasında istehsal olunan “Araşdırın!” filmi daxil olub. Film Əməkdar incəsənət xadimləri, kinorejissor Cahangir Mehdiyevlə kinooperator Ələkbər Muradovun tələbə ikən çəkdikləri kurs işidir. Filmin direktoru Nadir Əliyevdir.
 
Ekran əsərinin baş rollarında Fazil Salayev, Leyla Bədirbəyli, Arif Qasımov kimi tanınmış aktyorlar çəkilmişdir.
 
Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov Moderator.az-a açıqlamasında bildirib ki, kurs işi aktyor Fazil Salayevin kinoda son işidir:
“Bildiyiniz kimi bu il Azərbaycanın görkəmli kinorejossoru Cahangir Mehdiyevin 75 illik yubileyidir. Biz yubiley tədbiri keçirməyə hazırlaşırdıq. Hazırlıq prosesində Cahangir Mehdiyevlə bağlı arxivlərin bir yerə toplanması və onunla bağlı sərginin, video materiallarının hazırlanması işləri görürdük. Bizim mərhum kinorejissorumuz və operatorumuz Ələkbər Muradovun oğlu, rejissor Murad Muradov bizə bəzi arxivlər təqdim etdi. Onların arasında eyni vaxtda Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitunda oxumuş Cahangir Mehdiyevlə Ələkbər Muradovun birgə işi olan 10 dəqiqəlik film əldə etdik. Məlum oldu ki “Araşdırın!” adlı bu bədii filmin indiyə qədər heç bir kataloqda və siyahıda adı keçməyib. Bizim üçün bu yenilik oldu. Film hər iki sənətkarın kurs işidir. Çox maraqlı oldu ki, üzərindən az qala 50 il vaxt keçib, amma bu filmlə bağlı heç bir məlumat yoxdur. Biz bu filmə çox maraqla baxdıq və onu rəqəmsallaşdırdıq. Filmdə baş rollarda Leyla Bədirbəyli, Fazil Salayev, Arif Qasımov kimi sənətkarlar çəkilib. Yaxın günlərdə onu geniş tamaşaçı auditoriyasına təqdim etməyi düşünürük”, - deyə o bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər