Dövlət Xidmətlərinin Elektron Reyestrinin əsasnaməsi təsdiq edilib
Cəmiyyət
138
16:20, Bu gün

Dövlət Xidmətlərinin Elektron Reyestrinin əsasnaməsi təsdiq edilib

"Dövlət xidmətlərinin reqlamentinin nümunəvi forması"nın, "Dövlət Xidmətlərinin Elektron Reyestri" informasiya sisteminə daxil ediləcək məlumatların siyahısı"nın və "Dövlət Xidmətlərinin Elektron Reyestri" informasiya sistemi haqqında Əsasnamə"si təsdiq edilib.

Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Hökumət buludu" (G-cloud) Konsepsiyası"na uyğun olaraq, Dövlət Xidmətlərinin Elektron Reyestrinin "Hökumət buludu"nda yerləşdirilməsini, habelə DXER-in "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görülməlidir.

DXER-də formalaşan açıq məlumatların "Açıq məlumatlar" portalında yerləşdirilməsini təmin edəcək.

Dövlət orqanları və yerli özünüidarəetmə orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, digər büdcə təşkilatları, habelə qanuna əsasən inzibati akt, texniki sənəd və ya digər hüquqmüəyyənedici sənəd qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər yeni xidmət müəyyən edən normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən 30 iş günündən gec olmayaraq dövlət xidmətinin reqlamentini DXER-in informasiya sisteminə daxil edilməsi üçün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etməlidir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər