ADY vətəndaşlara çağırış etdi: Təhlükəsizlik qaydalarına əməl edin - FOTO
251
15:30, Bu gün

ADY vətəndaşlara çağırış etdi: Təhlükəsizlik qaydalarına əməl edin - FOTO

Azərbaycan Dəmir Yolları (ADY) dəmir yolu xətlərində təhlükəsizlik qaydalarının pozulması ilə bağlı vətəndaşlara növbəti dəfə xəbərdarlıq edib.
 
Moderator.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, aparılan maarifləndirmə işlərinə və infrastrukturun təkmilləşdirilməsinə baxmayaraq, kənar şəxslərin dəmir yollarına daxil olması halları davam edir.
 
Bildirilib ki, 2026-cı ilin birinci rübündə kənar müdaxilələr səbəbindən ADY maşinistləri 43 dəfə təcili tormozlama tətbiq edib. Bu hallar nəticəsində ümumilikdə 4 toqquşma hadisəsi qeydə alınıb.
 
Qeyd olunub ki, bu cür insidentlər insan tələfatı və xəsarətlərlə yanaşı, qatarların hərəkət qrafikində gecikmələrə, dövlət əmlakına ziyan vurulmasına və sərnişinlərin təhlükəsizliyinə ciddi risklərin yaranmasına səbəb olur.
 
ADY vətəndaşları dəmir yolu xətlərini keçərkən diqqətli və ehtiyatlı olmağa, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməyə və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər