Səudiyyə Ərəbistanını dünya çempionatına aparacaq baş məşqçi açıqlandı - FOTO
246
14:21, Bu gün

Səudiyyə Ərəbistanını dünya çempionatına aparacaq baş məşqçi açıqlandı - FOTO

Səudiyyə Ərəbistanı milli komandasının sükanı arxasına yeni rəhbər gətirilib.
 
Moderator.az xəbər verir ki, bu posta tanınmış mütəxəssis Georgios Donis təyin edilib.
 
Əldə olunan rəsmi razılaşmaya əsasən, 56 yaşlı mütəxəssis 2027-ci ilin yay aylarına qədər milli komandanın uğurları üçün çalışacaq.
 
Xatırladaq ki, ABŞ, Kanada, eləcə də Meksikada təşkil olunacaq dünya çempionatında Səudiyyə Ərəbistanı seçməsi H qrupunda mübarizə aparacaq. Komanda qrup mərhələsində İspaniya, Kabo-Verde və Uruqvay yığmaları ilə gərgin sınaqlarda üz-üzə gələcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər