Lənkəranda torpaq sürüşməsi yenidən aktivləşib - FOTO
294
10:37, Bu gün

Lənkəranda torpaq sürüşməsi yenidən aktivləşib - FOTO

Lənkəran rayonu ərazisindəki Hirkan-Daşdatük-Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, rayonun dağlıq və dağətəyi hissəsində yerləşən Hirkan-Daştatük-Biləsər yolunda sürüşmə zolağı genişlənib.
 
Nəticədə bir neçə kəndin rayon mərkəzinə çıxışını təmin edən həmin yolun hərəkət zolağında çökmələr əmələ gəlib, nəqliyyatın hərəkəti üçün ciddi təhlükə yaranıb.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ərazinin nəzarətdə saxlanıldığı, geoloji-kəşfiyyat işləri aparıldıqdan sonra bərpa tədbirləri ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacağı bildirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər