ABŞ-İran danışıqları niyə pozuldu? - Tehranın son seçimi belə olacaq
170
11:35, Bu gün

ABŞ-İran danışıqları niyə pozuldu? - Tehranın son seçimi belə olacaq

"ABŞ-İran arasında gözlənilən danışıqlar baş tutmayıb. Bunun da əsas səbəbi İranın mövqeyi ilə bağlıdır. Rəsmi Tehran iddia edir ki, ABŞ onunla təhdid və şərtlər dilində danışır. Amerika tərəfindən İran limanlarının blokadaya alınması əsas gətirilərək, Tehran danışıqlardan imtina edib".
 
Moderator.az xəbər verir ki, bu sözləri Teleqraf-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli deyib.
 
Onun sözlərinə görə, ABŞ Prezidenti bunun fonunda məhz Pakistanın mövqeyini nəzərə alaraq İranla əldə edilmiş atəşkəsin müddətini uzadıb:
 
“Burada isə konkret müddət göstərilməyib. Bu, o vaxta qədər uzana bilər ki, İran tərəfi vahid təkliflərlə çıxış edə bilsin. Proseslərin bunun fonunda yaxın perspektivdə necə cərəyan edəcəyi bu halda daha çox diqqəti cəlb edir. Sözsüz ki, yenidən hərbi qarşıdurmanın olması hər iki tərəfin maraqlarına uyğun deyil. Elə bir vəziyyət yaranıb ki, müharibənin davam etməsi ABŞ və İrana əlavə problemlər yarada bilər”.

Ekspertin fikrincə, konkret məsələlər üzrə İran və ABŞ arasında kəskin fikir ayrılıqları var:

“Bu xüsusi olaraq İranın nüvə proqramı ilə bağlıdır. ABŞ bundan sonrakı dövrdə də İranın dəniz limanlarının blokadasını davam etdirəcək. Bu da Vaşinqtonun İrana qarşı istifadə etdiyi ciddi “silahdır”. Yəni, ABŞ-nin əsas neft ixrac xətti Hörmuz boğazı ilə bağlıdır. Blokada davam edəcəksə, bu İran iqtisadiyyatı üçün ciddi zərbə olacaq”.

Mətin Məmmədliyə görə, İran ABŞ-yə qarşı məhz Hörmuz boğazını bağlamaqla istifadə etdi:

“İndi isə boğazın bağlanması, İran limanlarının blokadaya alınması əks arqumentə çevrilib. Yaxın zamanlarda isə ABŞ Prezidenti Donald Trampın İranın blokadasını davam etdirməklə yanaşı, ona qarşı siyasi təzyiqləri artıracağı gözlənilir. Vaşinqton çalışacaq ki, İranla indiki şərtlər daxilində öz maraqlarına uyğun hansısa razılaşma əldə edə bilsin. Bütün bunların fonunda tərəflər arasında yenidən müharibənin başlanması ehtimalı da çox yüksəkdir. Yeni müharibə tərəflərin maraqlarına uyğun olmasa da, mövqelər arasında kəskin fərqlər var. Diplomatiya işləməyəcəksə, danışıqlarda nəticə əldə olunmursa, hərbi gücdən istifadə ehtimalı artır. Gözlənilən isə odur ki, tərəflərin mümkün razılığa gəlmək ehtimalı da böyükdür”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər