Zaur Darabzadəyə ağır itki üz verdi
Cəmiyyət
154
12:09, Bu gün

Zaur Darabzadəyə ağır itki üz verdi

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadənin anası Ruqiyyə Darabzadə vəfat edib.
 
Bu barədə Z. Darabzadənin yaxınları məlumat verib.
 
Yas mərasimi aprelin 23-də "Təzəpir" məscidində keçiriləcək.
 
Qeyd edək ki, Zaur Darabzadə Azərbaycanda ilk internet radio "Day.Az Radio"nu yaradıb. Bundan başqa, "Day.Az Media" şirkətində (Trend.Az, Day.Az, Milli.az, Turbo.az) direktor müavini kimi çalışıb. 2012-ci ildə Bakıda "FIFA U-17" Qadınlararası Dünya Çempionatı çərçivəsində "Universal Music Group"un təşkilatçılığı ilə Azərbaycanda Cennifer Lopez, Rihanna və Şakira kimi dünya şöhrətli ulduzların "Baku Crystall Hall" səhnəsində solo-konsertlərinin marketinq direktoru olub. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində AVTO FM 107.7 radiosunu yaradaraq, koordinator vəzifəsində çalışıb. 2015-ci ildə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş "CinemaPlus" kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub. 2018-ci ilin yanvar ayından "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib və bu vəzifədə bu günədək çalışır. Bu sahədə işlədiyi müddətdə Azərbaycanın müxtəlif regionlarında kinoteatrların açılışına təşəbbüs göstərib. 2005-ci ildən başlayaraq 30-dan çox xarici ölkədə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, forumlarda Azərbaycanı təmsil edib.
 
Həmçinin, 2020-ci ildə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb. /Sfera.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər