Məlahət Abbasovadan tamaşaçılara hörmətsizlik edən Çelikə: “Görəndə soruşacam, bəlkə üstünə tullanıblar?”
467
09:07, Bu gün

Məlahət Abbasovadan tamaşaçılara hörmətsizlik edən Çelikə: “Görəndə soruşacam, bəlkə üstünə tullanıblar?”

Məşhur türk müğənni Çelik Heydər Əliyev Sarayında konsert verib. Bir neçə tamaşaçı Çelikin konsertində tamaşaçılara kobudluq etdiyini bildirib. Həmin videolar sosial şəbəkədə də paylaşılıb. Belə ki, tamaşaçılardan bir neçəsi Çelikin tamaşaçılar tərəfindən ona verilən çiçəkləri almadığını, şəkil çəkdirənləri əli ilə itələyərək hörmətsiz və kobudluq etdiyini deyib.
 
Əməkdar İncəsənət xadimi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova Moderator.az-a açıqlamasında müğənnini bu hərəkətinə görə qınayıb:
 
“Biz bu mövzuda öncə özümüzü tənqid etməliyik. Türkiyədən, aktyor və müğənnilərin gələcəyini böyük səbirsizliklə gözləyirik. Bunu aktyorlar üçün deyə bilmərəm, amma müğənnilər üçün onu deyə bilərəm ki, bizimkilər bir az özlərini ələ alsınlar. Bu kobudluğun qabağında həmin müğənnilər xoş rəftara layiq deyillər. Çelik çox ayıb edib. Bir müğənni onu sevən tamaşaçısına, onun konsertinə pul verib bilet alıb gələn tamaşaçısına hörmətsizlik edə bilməz. Buna ixtiyarı yoxdur. Çünki onun qonorarı həmin müğənnini izləməyə gələnlərin pulu ilə verilir. O tamaşaçılardan aldığı pul görə konsert verir. Pulunu aldığı tamaşaçıya əgər kobud rəftar edibsə bu onun qanacaqsız və tərbiyəsiz olduğunu göstərir. Sadəcə soruşmaq lazımdır ki, niyə görə bu kobudluğu edib?! Bir də onu aydınlaşdırmaq lazımdır. Bəlkə adamın üstünə tullanıblar?! Çox müğənni bunu sevmir. Mən Çeliki yaxından tanıyan insanam. Onu görəndə də soruşacam ki, siz Azərbaycana gedib niyə kobudluq etmisiz?! Baxım görüm o nə deyəcək?! Bəlkə də onun da özünə görə səbəbləri var. Amma nə olursa-olsun müğənni konsertdə kobudluq edə bilməz. Əlbəttə ki, tamaşaçı da öz yerini bilməlidir”.
Aktrisa deyir ki, belə hallar bundan öncə də çox yaşanıb. Həmin anda elə yerindəcə müğənniyə cəza vermək lazımdır:
 
“Belə hallar yaşansa tamaşaçılar bir olub həmin konserti tərk etməlidirlər. Söhbət Çelikdən getmir, ümumiyyətlə düşünürəm ki, belə müğənnilərə cəza vermək lazımdır. Onları səhnədə boş oturacaqlı tamaşaçı zalı ilə başlı-başına qoymaq lazımdır. Belə olan halda bir daha elə qələti edə bilməzlər. Bu mənim öz şəxsi fikrimdir. Sən tamaşaçının pulunu alacaqsan, cibinə qoyacaqsan amma sənə pul verən tamaşaçıya kobud davranacaqsan?! Bu harada yazılıb?! Mənə kimsə belə kobudluq etsə orada onun cavabını verərəm, sözümü də deyərəm, konserti də tərk edərəm və gedib pulumu da geri alaram. O insanlar pullarını yığırlar ki, Türkiyədən müğənni gələndə gedib ona baxsınlar. Elə müğənniləri yerində “otuzdurmaq” və bir daha dəvət etməmək lazımdır. Belə hadisələri eşidib çox əsəbləşirəm. Özümüzükülərə də çox əsəbləşirəm. Hər şeyin öz həddi və səviyyəsi var”, - deyə aktrisa bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər