YAP-ı MSK-da təmsil edəcək namizədlərin SİYAHISI - FOTO
206
12:45, Bu gün

YAP-ı MSK-da təmsil edəcək namizədlərin SİYAHISI - FOTO

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
 
Moderator.az xəbər verir ki, iclasda Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinin Milli Məclisə təqdim edilməsi məsələsinə baxılıb.
 
YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ı MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinə təqdim edib.
 
Məzahir Məhəmməd oğlu Pənahov, Rövzət Afət oğlu Qasımov, Ramiz Hilal oğlu İbrahimov, Hüseyn Məmməd oğlu Paşayev, Elmar Eldar oğlu Məmmədov və Sevinc Qurban qızı Abdullayevanın Mərkəzi Seçki Komissiyasının əsas, Elnarə Eyyub qızı Mustafayevanın isə əvəzedici üzvü seçilməsi üçün Milli Məclisə təqdimat verilməsi barədə qərar qəbul olunub.
 
İclasa yekun vuran YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov irəli sürülmüş namizədlərin göstərilən etimadı doğruldacağına əminliyini ifadə edərək onlara uğurlar arzulayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər