Azərbaycanın dövlət borcu açıqlandı
İqtisadiyyat
338
12:48, Bu gün

Azərbaycanın dövlət borcu açıqlandı

Bu ilin 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 4 milyard 689.3 milyon ABŞ dolları, daxili dövlət borcunun səviyyəsi isə 16 milyard 492.9 milyon manat təşkil edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, operativ məlumatlara əsasən, xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6.1 faizini, daxili dövlət borcu isə ÜDM-in 12.6 faizini təşkil edir.
 
2026-cı ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2 milyard 457.6 milyon manat məbləğində xərclər nəzərdə tutulub. Operativ məlumatlara əsasən cari ilin I rübündə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili borc üzrə 132.5 milyon manat (faiz borcu üzrə), xarici borc üzrə 391.7 milyon manat olmaqla (əsas borc üzrə 269.5 milyon manat, faiz borcu üzrə 122.2 milyon manat), ümumilikdə 524.2 milyon manatın ödənilməsi təmin edilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər