Bizi sosial şəbəkələrdən izləyin:
"Xəbər verdiyimiz kimi , Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi seçki rüşvətxorluğu ilə bağlı yeni hallar aşkarlayıb və bu haqda səs yazılarının dərc olunduğunu təsdiqləyib."
Moderator.az xəbər verir ki, bunu "Armtimes" nəşri yazır.
"Söhbətlərin birində "Hayastan" alyansının tərəfdarlarından biri diqqətəlayiq detalları açıqlayır.
“Hər 3 qüvvə - Köçəryan, Dod(Qagik Sarukyan- S.L.), "Taşir"(Samvel Karapetyan-S.L.) - birləşəcək, amma hələlik indi aralarında mübarizə gedir...” deyən vətəndaş əlavə edib ki, onlar indi ittifaq yaratmaq və bütün səsləri bir qüvvəyə ötürmək niyyətlərini açıqlamayacaqlar, seçki kampaniyası bitəndə və vaxtı çatanda bu barədə danışacaqlar..."- xəbərdə daha sonra belə deyilir.
S.Laçın