Ekskluziv
894
16:16, Bu gün

"Bu gün Ermənistanda Rusiyanın maraqlarını Paşinyan kimi bacarıqla qoruyan başqa bir siyasətçi yoxdur...”

“Rusiyanın Ermənistana qarşı son bəyanatları və addımları nəticəsində Paşinyana xaricdən, Avropa və Amerikadan dəstək daha da güclənir. Belə bir şəraitdə...”
 
“Bilirsiniz, Rusiyanın Ermənistana təzyiqləri barədə mənim fikrim belədir ki, əslində burada real təzyiqlərdən söhbət getmir. Məsələ daha çox hansısa siyasi məqsədlərlə bağlıdır. Və əslinə qalsa,  Ermənistanın hazırkı durumunda lider kimi ruslar elə Paşinyanı görürlər. Çünki bu gün Rusiyanın maraqlarını Paşinyan kimi bacarıqla qoruyan başqa siyasətçi yoxdur.  44 günlük müharibədən sonrakı illərdə Ermənistan üçün hansısa ciddi problem yarandıqda görürdük ki, Paşinyan hakimiyyətinə məhz Rusiya kömək edir. Xatırlayırsınızsa, Paşinyana qarşı generalların üsyan cəhdi olmuşdu. Və o vaxtlar Rusiya hakimiyyəti, daha konkret desək, xarici işlər naziri Sergey Lavrov müdaxilə edərək, demək olar ki, həmin üsyan cəhdinin qarşısını almışdı”.  
 
Bu fikirləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az-ın “7 iyun parlament seçkiləri ilə bağlı Ermənistana Rusiyanın təzyiqləri fonunda hazırkı Baş nazir Nikol Paşinyanın qələbə şansını necə dəyərləndirirsiz?” sualını cavablandırarkən dilə gətirib.
 
“İndiki vəziyyətdə isə Rusiya yaxşı başa düşür ki, artıq Ermənistanı bundan artıq özünə bağlamaq imkanları yoxdur. Əgər Ermənistana silah vermək və ya hərbi baxımdan kömək etmək istəsələr, deməli, Türkiyə və ya Azərbaycana qarşı çıxmalı olacaqlar. Və s. kimi çoxsaylı çətinliklər var. Odur ki, hazırkı durum Kremli qane edir. Onlara lazımdır ki, Ermənistanda hakimiyyətdə istədiklərini etməyi bacaran bir siyasətçi olsun”, -deyə davamında siyasi şərhçi bildirib. 
 
“Digər tərəfdən, Rusiyanın son bəyanatlarından və onun ətrafında baş verənlərdən görürük ki, yalnız postsovet məkanında deyil,  xaricdə də bu dövlətin nüfuzu getdikcə heçə enir. Ona görə də, baxın, son vaxtlar Rusiya nə edirsə, nəticəsi əks effekt verir. Bu mənada Rusiyanın Ermənistana qarşı son bəyanatları və addımları nəticəsində Paşinyana xaricdən, Avropa və Amerikadan dəstək daha da güclənir. Belə bir şəraitdə bir sıra analitik mərkəzlər də əmindir ki, Paşinyan seçkiləri udacaq”, - deyə sabiq baş diplomat vurğulayıb.
 
Sultan Laçın 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər