Dnepr və Kiyevdə ölənlərin sayı artıb
Dünya
155
22:30, Bu gün

Dnepr və Kiyevdə ölənlərin sayı artıb

Rusiyanın gecə saatlarında Kiyev və Dneprə endirdiyi kütləvi zərbələr nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Moderator.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja "Telegram" kanalında bildirib ki, çərşənbə axşamına keçən gecə Rusiya Silahlı Qüvvələrinin Dnepr şəhərinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 16-ya çatıb və 4-ü uşaq olmaqla 42 nəfər yaralanıb.

Onun sözlərinə görə, şəhərdə axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Kiyev meri Vitali Kliçko isə vurğulayıb ki, iyunun 2-də Rusiyanın ordusunun paytaxta kütləvi hücumu nəticəsində 90 nəfər yaralanıb: "Stasionarlarda 52 yaralı var. Onlardan ikisi uşaqdır. 6 nəfər ölüb".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər