Vəzifəyə təyin olunan əməkdar artist: “5 illik saz təhsilim var, muğama gənclərin axını çoxdur”-FOTO+ÖZƏL
Ekskluziv
245
12:25, Bu gün

Vəzifəyə təyin olunan əməkdar artist: “5 illik saz təhsilim var, muğama gənclərin axını çoxdur”-FOTO+ÖZƏL

Əməkdar artist Babək Niftəliyev Bülbül adına orta ixtisas musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə gətirilib. 

Təyinatla bağlı müvafiq əmrə məktəbin rəhbəri Teymur Göyçayev imza atıb.

Moderator.az-a açıqlama verən xanəndə sevinc hisslərini belə ifadə edib:

“Bilirsiniz ki, mən 10 yaşımdan oxuyuram. 2005-ci ildə Üzeyir Hacıbəylinin 120 illiyinə həsr olunan Telviziya Muğam müsabiqəsi keçirildi. Oradan bir çox sənətkarlar, yeni səslər parıldadı və dövlətimiz tərəfindən fəxri adlarla mükafatlandırıldı. Bu da bizim milli musiqimizə verilən dəyərdir, qiymətdir. O gənclərdən biri də mən idim. Mənim 5 illik saz musiqi təhsilim var. Asəf Zeynallı adına musiqi kollecini bitirəndən sonra Milli Konservatoriyanın bakalavr və magistr pilləsində oxudum. Uzun illər Sumqayıt musiqi kollecində və Asəf Zeynallı adına orta ixtisas musiqi kolleclərində çalışdım. Bugünlərdə isə Bülbül adına orta ixtisas musiqi məktəbində xalq çalğı alətləri şöbəsinin müdiri vəzifəsinə təyin olundum. Milli Konservatoriyamızda da bugünki gün çalışıram, yeni-yeni gənclər yetişdiririk. Ona görə də bu gün muğam sinfinə böyük axın var. 50-dən çox ölkədə muğamımızı təmsil etmişəm və bu gün də təmsil edirəm. Şükürlər olsun ki, “Qarabağ şikəstəsi” artıq Qarabağdan səslənir. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Mən fəxr edirəm ki, belə bir qalib ölkənin qalib vətəndaşıyam. Hər zaman milli musiqimizi xarici ölkələrdə təmsil edəndə “Qarabağ şikəstəsi”-ni, “Sarı gəlin”-i, Qarabağımıza yazılan şeir və qəzəlləri muğamlarımızda yaşatmışıq və bugünki gün Qarabağımızda da yaşadırıq” deyə xanəndə bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər