“Əgər kimisə aldatmağı bacarmısansa, niyə özünü yox, onu uduzan hesab edirsən?..
“Əgər dininlə maraqlanmırsansa, niyə bu dünyada uğur gözləyirsən?..”
“İmanın və mənəvi sərvətin yoxdursa, niyə özünü varlı hesab edirsən?..”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış psixoloq-məsləhətçi, transaksiya təhlili istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının üzvü Asya Qagiyevanın “Əgər və niyə?..” başlıqlı növbəti fəlsəfi-məntiqi yazısının tərcüməsini təqdim edir:
“Əgər din qardaşlarına sevgi göstərmirsənsə, niyə Allahın səni sevəcəyini gözləyirsən?
Dininlə maraqlanmırsansa, niyə bu dünyada uğur gözləyirsən?
Qohumlarla əlaqəni kəsirsənsə, niyə Allahla əlaqəni qorumaq haqda düşünürsən?
Ehtiyacı olanlara kömək etmirsənsə, niyə Allahın sənə kömək edəcəyini gözləyirsən?
Əgər Məhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) izi ilə getmirsənsə, niyə onun və onun davamçıları ilə birlikdə Cənnətdə olacağına ümid edirsən?..
Ümmətin vəziyyəti ilə maraqlanmırsansa, niyə kiminsə sənə qayğı göstərəcəyini gözləyirsən?..
Bu dünyada insanların ümidlərini puç edirsənsə, əmin ola bilərsənmi ki, Allah da səni Qiyamət günündə məyus etməyəcək?..
İmanın və mənəvi sərvətin yoxdursa, niyə özünü varlı hesab edirsən?..
Qəlbində qardaşlarına sevgi yoxdursa, niyə onda Allaha iman üçün yer olduğunu düşünürsən?..
Əgər oruc tutmursan və gündə beş vaxt namaz qılmırsansa, niyə özünü sağlam hesab edirsən?..
Əgər sabahkı günə qədər yaşayıb-yaşamayacağını bilmirsənsə, niyə əbədi yaşayacaqmış kimi ehtiyat yığırsan?..
Əgər kimisə aldatmağı bacarmısansa, niyə özünü yox, onu uduzan hesab edirsən?..
Əgər sənin üçün təyin olunmuş şey (sərvət) mütləq sənə gələcəksə, niyə onu günah və həddindən artıq dünyəvi işlər vasitəsilə axtarırsan?..”
Tərcümə və təqdim etdi:
Sultan Laçın