Xameneinin ikinci 40 günlüyü də ötdü - dəfn olunmadı -NİYƏ?.. -Sabiq səfir belə izah etdi...
Ekskluziv
263
14:04, Bu gün

Xameneinin ikinci 40 günlüyü də ötdü - dəfn olunmadı -NİYƏ?.. -Sabiq səfir belə izah etdi...

Belə çıxır ki, ayətullah Əli Xameneinin dəfni zamanı nəhəng izdiham toplanması və bundan yararlanan xarici və ya daxili düşmənlərin hansısa təxribat terror aktı törədə bilməsi ehtimalı çox güclüdür...”
 
Bu gün – 19 mart İsrail və ABŞ-ın birgə hücumları nəticəsində dünyasını dəyişdiyi rəsmən elan edilmiş İranın Ali Lideri Ayətullah Əli Xameneinin artıq ikinci 40 günlüyü, başqa sözlə 80 günü tamam olur. Buna rəğmən onun cənazəsi hələ də torpağa tapşırılmayıb, rəsmən dəfn mərasimi keçirilməyib. İran və ümumiyyətlə, müsəlman ölkələri tarixində dəfnin bu qədər gecikdirilməsi halı rəsmən qeydə alınmayıb. 
 
Mərasimdən yayınmaq üçün bir sıra səbəblərə İsrailin potensial hava hücumları riski, bu ilin əvvəlində ölkə miqyasında baş verən üsyanlara bənzər əks-mitinqlər və ali dini liderin oğlu və təyinatından bəri ictimaiyyət qarşısında görünməyən yeni ali lider Müctəba Xameneinin iştirak edə bilməməsi də daxildir.
İran hakimiyyəti məsələ ilə bağlı qaneedici rəsmi açıqlama verməyib. Məlumatlara görə, Astan Qüds Rəzəvi dini fondu bu yaxınlarda Xameneinin dəfn yeri hələlik dəqiqləşdirilmədiyini bildirib. Demokratiyaların Müdafiəsi Fondundan Behnam Taleblu The Post qəzetinə bildirib ki, müharibə narahat bir atəşkəs şəraitində davam etdiyi üçün Tehranın bu qədər mürəkkəb bir anım mərasimi keçirmək imkanı yoxdur.
 
Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bildirib ki, son günlər olmasa da, mart və aprel aylarında İran mediasında dərc olunmuş əksər materiallarda ali dini liderin dəfninin gecikdirilməsinin səbəbi kimi əsasən təhlükəsizlik amili göstərilib.
“Yəni belə çıxır ki, ayətullah Əli Xameneinin dəfni zamanı nəhəng izdiham toplanması və bundan yararlanan xarici və ya daxili düşmənlərin hansısa təxribat terror aktı törədə bilməsi ehtimalı çox güclüdür. Eyni zamanda ali dini lider postunu tutmuş oğül Müctəba Xamenei də hələ ictimaiyyət qarşısında görünüb atasının dəfni barədə izahat verməyib. Bir sözlə, bir çox mövzularda olduğu kimi, bu mövzularda da dəqiq məlumat qıtlığı var”- deyə diplomat diqqətə çatdırıb. 
 
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər