Ekskluziv
269
15:22, Bu gün

"ABŞ dağılan UNO-larda yadplanetlilər tapıb": Keçmiş MKİ əməkdaşından sensasion iddia - "New York Post"

 
Keçmiş hökumət tədqiqatçısı bildirir ki, ABŞ-da araşdırılan UNO qalıqlarında dörd fərqli yadplanetli növü aşkarlanıb...
 
ABŞ-də UNO-larla bağlı gizli proqramlarda çalışmış keçmiş rəsmilər və xüsusi xidmət əməkdaşları yeni sensasion açıqlamalar verməyə davam edirlər.
 
Moderator.az xəbər verir ki, bu barədə "New York Post" nəşri yazıb.
 
Nəşr yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlıq etmiş keçmiş alim və hökumət müşaviri Hel Putxoff ABŞ-nin uçan naməlum obyekt (UNO) qalıqlarında dörd fərqli yadplanetli növü aşkarladığını iddia edib. 89 yaşlı alim bu barədə Stiv Bartlettin "Baş direktorun gündəliyi" podkastında danışıb. Verilişdə onunla birlikdə "İfşa dövrü" sənədli filminin rejissoru Den Farra da iştirak edib.
"Ən azı dörd növ var"
 
Keçmiş tədqiqatçı bildirib ki, UNO hadisələri ilə bağlı şahidlərin ifadələri ən azı dörd fərqli yadplanetli növünün mövcudluğuna işarə edir: "Mən onları şəxsən görməmişəm, amma danışdığım insanlara inanıram. Dörd müxtəlif yadplanetli həyat forması var".
 
Hel Putxoff vaxtilə ABŞ hökumətinin "Qabaqcıl aerokosmik silah sistemləri proqramı"nda müşavir kimi çalışıb və MKİ ilə əməkdaşlıq edib. O, yadplanetli növləri barədə detallara girməsə də, proqram üzrə keçmiş həmkarı Erik Devis ötən il UNO qalıqlarında aşkarlandığı iddia edilən canlıların şərti adlarını açıqlayıb.
 
"Bozlar", "şimallılar" və "reptiliyalar"
 
Erik Devisin sözlərinə görə, UNO qəzalarından əldə edilən bioloji materiallar dörd əsas qrupa bölünür: "bozlar", "şimallılar", "insektoidlər" və "reptiliyalar". O bildirib ki, ABŞ kəşfiyyat məlumatlarına əsasən, bu canlıların hamısı humanoid görnüşə malikdir, yəni iki əl, iki ayaq və insanabənzər bədən quruluşuna sahibdirlər.
 
"Şimallılar"ın görünüşcə insanlara, xüsusilə Skandinaviya xalqlarına çox bənzədiyi iddia olunur. "Reptiliyalar" isə pullu dəriyə malik, kərtənkələyəbənzər, lakin dik yeriyən canlılar kimi təsvir edilir. "Bozlar" klassik fantastik filmlərdəki yadplanetli obrazları - kiçikboy, tüksüz və iri gözlü varlıqları xatırladır. "İnsektoidlər" isə nəhəng böcəklərə və ya dua edən mantisə bənzədilən humanoid canlılar kimi təqdim olunur.
 
Konqresdə verilən ifadə
 
Məqalədə qeyd olunur ki, ABŞ Hərbi Hava Qüvvələrinin keçmiş kəşfiyyat zabiti Devid Qruş 2023-cü ildə Konqresdə and altında ifadə verərək ABŞ hökumətinin "insana aid olmayan bioloji materiallara" sahib olduğunu bildirib. Onun sözlərinə görə, bu materiallar qəzaya uğramış və ya vurulmuş onlarla UNO-dan götürülüb. Bu iddialar Den Farranın mart ayında təqdim etdiyi "İfşa dövrü" sənədli filmində də yer alıb.
 
Rejissor bildirib ki, UNO qalıqlarını toplamaqla məşğul olmuş şəxslərlə qeyri-rəsmi söhbətlər aparıb, lakin onların əksəriyyəti açıq danışmaqdan imtina edib. Farra podkast zamanı həmin şəxslərdən birinin ona belə yazdığını deyib: "Uzun müzakirələrdən və həyat yoldaşımla söhbətdən sonra qərara gəldim ki, bu müsahibə həyatımı məhv edə bilər".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər