18:55
23°C
Bakı
Moderator.az xəbər verir ki, Quba şəhər Hacıbaba Əliyev adına 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Məlikli Xədicə DİM-in buraxılış imtahanında 235.3 bal toplayaraq böyük uğura imza atıb. Bununla həm müəllimlərini, həm də ailə üzvlərini sevindirən Məlikli Xədicə şəhid kapitan Aqil Məlikovun övladıdır.
Xatrladaq ki, Aqil Məlikov 2020-ci ili 27 sentyabr tarixində - Vətən müharibəsinin ilk günü Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. O, hərbçi yoldşları ilə birlikdə bir gündə 3 kəndi düşmən işğalından azad edib. (//moderator.az/az/ekskluziv/973829/saliinda-mezari-usun-sekil-cekdiren-mayor-rutbesi-almaindan-xebersiz-halda-ebediyyete-qovusan-sehid/ ).
Seymur ƏLİYEV