“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır”-86 yaşlı rejissor - FOTO+ÖZƏL
Ekskluziv
638
27 Apr 2026 | 21:00

“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır”-86 yaşlı rejissor - FOTO+ÖZƏL

“Səhhətimdə problemlər var. Başım gicəllənir. Yüksək şəkərim var. Həm də həyatımız çətinləşib. Bütün bunlar hamısı mənə təsir edir. Əvvəl xatirə verilişlərində çıxış edirdim. İndi nə yaddaşım yerimdədir, nə də danışıq tərzim. Hər şey yadımdan çıxıb. Bəla da bundadır”.

1503725

Bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti, görkəmli televiziya və kinorejissor Vasif Babayev deyib.

O daha sonra əlavə edib:

1503726

“86 yaşım var. Bəzən deyirlər ki, hər yaşın öz gözəlliyi var. Qocalığın gözəlliyi yoxdur. Bütün günü evdəyəm. Bəzən evin qabağına düşürəm. Birtərhər dözürəm də. Demək olar ki, bütün telekanalları izləyirəm. Haranı açıramsa baxıram. “CBC” kanalına, “Aztv”-yə balet edirəm. Onlar Azərbaycanın tarixi, Qarabağ haqda çox gözəl verilişlər və reportajlar edirlər. Təkrarlarını da izləyirəm. Əvvəldən sənədli filmləri sevmişəm, dublyajda işləmişəm. Qardaşım Arif Babayev bədii filmlər çəkib, mən isə sənədli filmləri işləməyə başlamışam. Moskvaya, Avropaya 2 saatlıq 6 sənədli film vermişəm. Bu gün çəkilən film və seriallara da baxıram. Deyə bilmərəm ki, hamısı pisdir. Baxanda baxıram, baxmayanda da baxmıram. Yaxşı ekran işləri var” deyə görkəmli rejissor bildirib.

1503727

Qeyd edək ki, 86 yaşı olan Vasif Babayev 45 televiziya filminin rejissorudur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər