Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanla birgə keçirilən “Eagle Partner- 2023” (“Qartal tərəfdaş-2023”) təlimlərində 85-ə yaxın amerikalı və 175 erməni hərbçi iştirak edəcək.
Moderator.az xəbər verir ki, “Aykakan Jamanak”ın yaydığı məlumata görə, bu barədə ABŞ Ordusunun Avropa və Afrika Komandanlığı məlumat yayıb .
Qeyd olunur ki, təlimə ABŞ ordusunun 101-ci hava-desant diviziyası 1-ci briqadasının və Kanzas Milli Qvardiyasının hərbçiləri cəlb olunacaq. Ermənistan 2003-cü ildən onlarla əməkdaşlıq proqramına malikdir.
“Təlimlərin məqsədi Ermənistanın 12-ci sülhməramlı briqadasını bu ilin sonunda NATO-nun əməliyyat imkanlarının qiymətləndirilməsinə hazırlamaqdır.
Ermənistan və ABŞ hərbçiləri mütəmadi olaraq müxtəlif formatlarda təlimlər keçirirlər. Xüsusilə də bu günlərdə Almaniyanın Hohenfels şəhərindəki hərbi bazada ABŞ ordusunun tibb xidmətinin təlimlərində hərbi həkimlər iştirak edirlər. 2022-ci ilin oktyabrında erməni sülhməramlıları öz bacarıqlarını orada tətbiq ediblər. Belə hərbi təlimlər əvvəllər də keçirili”- xəbərdə belə deyilir.
Xatırladılır ki , ABŞ-ın Ermənistandakı səfirliyi bu hərbi təlimlərə istinadla az əvvəl belə bir şərh verib:
“Ermənistan ABŞ-ın çoxdankı tərəfdaşıdır və ABŞ Müdafiə Nazirliyinin Dövlət Tərəfdaşlığı Proqramı çərçivəsində 2003-cü ildən Kanzas Milli Qvardiyası ilə güclü tərəfdaşlıq əlaqələri var. Amerika və Ermənistan hərbi birləşmələri Ermənistan, ABŞ və digər ölkələrdə birgə hərbi təlimlərdə iştirak edib və belə təlimlər Ermənistanda 2003, 2006 və 2008-ci illərdə keçirilib”.
S.Laçın