Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
3919
28 Aug 2023 | 19:33

“Əsas hədəflərimiz Kremlin İrəvan və Bakıdakı rezidentləri, baş agentləri olmalıdır...”

Müvafiq xüsusi xidmət qurumlarındakı milli(!) qeyrətli oğullarımız bu imperiya, düşmən tulalarını yaxşı tanıyır və qardaş Türkiyədəki həmkarlarıyla birgə onları mümkün qədər tez ifşa edib cəzalandırmaq üçün var gücləriylə çalışırlar...”
 
-3 CÜMLƏ İLƏ BİR “ATƏŞ”...-
 
Son vaxtlar mediamızda Fransa prezidenti Emmanuel Makronu və Ermənistanın mövcud hakimiyyətinin başında duran Nikol Paşinyanı "vurmaq" uğrunda böyük bir kampaniya, az qala, yarış başlayıb...
 
Sanki son 300 ilə yaxın müddətdə torpaqlarımızı işğal etdirən, Qərbi Azərbaycanda, Qarabağda, Bakıda, Gəncədə və s.  erməni- hayk toxumu səpən Rusiya yox, yalnız Fransa imiş, guya 1988-ci ildən bəri Qərbi Azərbaycandan, Qarabağdan milyondan çox soydaşımızı didərgin saldıraraq hüquqi, suveren ərazimizin dörddə birini işğal etdirən, on minlərimizi amansızlıqla qətlə yetirdən, əsir-girov götüzdürən və s. Robert Köçəryanlar, Serjik Sərkisyanlar, Zori Balayanlar yox, bu gün keçmiş Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyümüzü tanımağa və s. cəsarət edən Paşinyan və onun komandası imiş...
 
Düzdü,  Makronun da, Paşinyanın da Azərbaycana qarşı haqsız, ədalətsiz gedişləri olur, ancaq Fransa da, hazırkı Ermənistan hökuməti də əslində Rusiyanın hədəfləridir; bizim əsil hədəfimiz isə həmin Kremlin Azərbaycana qat-qat ağır və ağrılı zərbələr vuran İrəvan və Bakıdakı rezidentləri, kəşfiyyat və agentura şəbəkələri olmalıdır...
 
P.S. Soruşa bilərsiniz ki, Rusiyanın Azərbaycandakı rezident və baş agentləri kimlərdir. Onları biz tanısaq da belə, əlimizdə hüquqi əsas olmadığından adlarını çəkə bilmərik. Amma müvafiq xüsusi xidmət qurumlarındakı milli(!) qeyrətli oğullarımız erməni rezident və agentləri ilə birgə sovet dövründən bəri xalqımıza qarşı bütün müstəvilərdə qətliam, soyqırımı, deportasiya və s. siyasəti aparan plan və ssenariləri davam etdirən, ölkəmizdə rüşvətxorluq və korrupsiyanın kökünün kəsilməsinə imkan verməyən, ordumuzdakı Tərtər qətliamının və s. kütləvi cinayətlərin arxasında duran bu  maskalanmış imperiya, düşmən tulalarını yaxşı tanıyır və qardaş Türkiyədəki həmkarlarıyla birgə onları tezliklə ifşa edib cəzalandırmaq üçün var gücləriylə çalışırlar...
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər