2236
16 Jul 2023 | 14:50

"Putin yenidən açıq şəkildə alçaldılıb" - Piontkovski

"Rusiya taxıl ixracına maneçilik törətmək istəyir, amma özü diz çökərək bu sövdələşmədə iştirak edəcəyini bəyan edəcək..."
 
"Putin və ətrafı fəxri heç-heçə cəhd edir, lakin bu, baş tutmayacaq, Putin rejimi tamamilə nüfuzdan düşüb..."
 
Zelenski və Ərdoğan taxıl ixracına dəstək verib, ona görə də Putin buna ya razılaşmalı, ya da Afrika xalqlarının çörəksiz qala biləcəyini özü izah etməli olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı müxalif siyasətçi Andrey Piontkovski "Espresso" tekekanalının efirində bəyan edib.
 
O, əmindir ki, Rusiya "taxıl sövdələşməsi"ndə iştirakını davam etməyə məcburdur.
 
"Azovpolad"ın əsir ukraynalı hərbçi komandirləri Türkiyədən evlərinə dönüb. Rusiya ayaqlarını yerə vuraraq bəyan edir ki, "taxıl sazişindən" çıxır. Lakin, fikrimcə, Ərdoğanın ən güclü bəyanatı ondan ibarətdir ki, Zelenski ilə mərbuat konfransında bu iki lider məlumat verib ki, aclıqdan əzab çəkən Aftika xalqlarını çörəksiz qoya bilməz və onlar bu işi davam etdirəcək", - o, izah edib.
 
Ekspertin fikrincə, Rusiyanın "taxıl sazişi" üzrə qərarı Rusiya prezidenti Putinin açıq şəkildə növbəti dəfə alçaldılması olacaq.
 
"Əgər Rusiya bunu istəmirsə, öz işidir, qoy özü afrikalılara izah etsin, Türkiyə və Ukrayna isə Ukrayna taxılını Afrikaya nəql etməkdə davam edəcək. Lazım gəlsə, bunu təmin etmək üçün Türkiyənin hərbi-dəniz qüvvələrindən istifadə edəcək.
 
Mən belə proqnoz verirəm: Moskva 17 iyulda diz çökərək gəlib məlumat verəcək ki, o, "taxıl sövdələşməsi"ndə iştirakını davam etdirəcək. Bu, Putinin açıq şəkildə növbəti dəfə alçaldılması olacaq", - Piontkovski əlavə edib.
 
Daha sonra Piontkovski Putinə qarşı "Priqojin marşı"nın kimin işə saldığını açıqlayıb.
 
Politoloqun fikrincə, Putin hakimiyyətini itirməyə risk edir, Rusiya hakimiyyətində ölkəni təslim etməyə hazırlayanlar var. O, Putinlə Federal Təhlükəsizlik Xidməti (FTX) arasında münaqişədən də danışıb.
 
O, qeyd edib ki, Rusiya prezidenti uduzulmuş müharibəni heç-heçə gətirmək istəyir, amma digər güc strukturları ölkəni təslim etməyə hazırlayır.
 
"Mənim fikrimcə, Rusiyada bütün ciddi adamlar müharibənin uduzulduğunu anlayıb və müxtəlif çıxış yolları axtarır. Putin və ətrafı fəxri heç-heçəyə cəhd edir. Onlar sizə müxtəlif sülhməramlıları göndərir ki, onlar müharibənin dayandırılmasına sizi razı salsın. O zaman Ukrayna ərazisinin bir hissəsi Rusiyanın əlində qalacaq, Putin isə öz xalqına fəxri heç-heç təklif edəcək", - Piontkovski qeyd edib.
 
Politoloq hesab edir ki, Rusiyanın siyasi dairələrində kimsə Rusiyada mərkəzi hakimiyyəti dəyişmək istəyir.
 
"Lakin getdikcə hakimiyyətdə, o cümlədən ordu, FTX-da daha çox adam anlayır ki, bu, mümkünsüzdür, nə Ukrayna, nə də Qərb fəxri heç-heçə razı olmayacaq. Mən bu "partiya"nı fəxri təslimçilik partiyası adlandırardım.
 
Onlar Priqojin yürüşünü işə salaraq bütün dünyaya, cəmiyyətə, orduya və Putinin özünə onun hakimiyyətinin sərhədlərini göstərib. Marş o mənada baş tutub ki, Putin hakimiyyəti tamamilə nüfuzdan düşüb. Və biz  bütün dünyanın buna münasibətini görürük", - publisist əlavə edib.
 
Putin rejiminin çöküşü-maraqlı proqnozlar
 
Rusiyalı müxalifətçi, Dövlət Dumasının sabiq deputatı İlya Ponomaryov qeyd edib ki, Rusiyada elitaların parçalanması artıq başlayıb, gələcəkdə bu proses yalnız sürətlənəcək. Onun sözlərinə görə, biznesmenlər arasında Putinin rəhbərliyindən narazılıq yüksəkdir.
 
Rusiyalı hüquq müdafiəçisi Mark Feyqin Rusiya generallarının Putinin aradan götürülməsi üçün şərti açıqlayıb.
Link kopyalandı!
Son xəbərlər