Qədr gecəsindəki riyazi qanunauyğunluq - ELMİ-LƏDUNxa0
Ekskluziv
12596
09 Apr 2023 | 17:46

Qədr gecəsindəki riyazi qanunauyğunluq - ELMİ-LƏDUNxa0

Bu gün Qədr gecəsinin ehtimal olunduğu dörd əhya  gecəsindən biridir. Odur ki, bu gecədə olan hikmətə Lədun elmiylə bir nəzər salaq. 
 
Bildiyimiz kimi, Yerə endirilən dörd səmavi kitabın - Tövrat, Zəbur, İncil, Quran - hamısı Ramazan ayında nazil olub. Bu barədə Quranda belə buyrulur:
 
“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik! Sən nə bilirsən ki, Qədr gecəsi nədir?! Qədr gecəsi min aydan daha xeyirlidir!  O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə hər bir işdən dolayı  yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır!” “Qədr” surəsi, 1-5-ci ayələr. 
 
Elmi-lədun araşdırmalarımız göstərir ki, Quranın düzülüşündə böyük bir riyazi dəqiqlik vardır.  Yəni, surələrin və ayələrin nömrələnməsi təsadüfü olmayıb,  sirli bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluq özünü “Qədr” surəsində və Qədr gecəsinin ehtimal olunduğu Ramazan ayının dörd (əhya adlanan) gecələrində  də biruzə verir.
 
Belə ki, Quranın  “Qədr” surəsi 97-ci surədir və  5 ayədən ibarətdir. 
Bunu nəzərə alıb,  97-ni 5-ə bölsək, 19 alınır və  2 qalıq qalır.
 
Qədr gecəsinin ehtimal olunduğu (gizləndiyi) Əhya gecələri isə,  bunlardır: 
19; 21; 23; 25. 
 
Maraqlıdır ki, bunların hər birinin üzərinə qalıqdakı 2-ni əlavə etdikdə, növbəti əhya gecəsinin tarixi alınır:
 
19 + 2 = 21;
21 + 2 = 23;
23 + 2 = 25;
25 + 2 = 27.
 
Burada yadıma Quranın  “Biz hər şeyi sayıb yazmışıq”. (78:29) ayəsi düşür. 
 
“HƏR GECƏNİ QƏDR BİL” 
 
Yeri gəlmişkən, xalq arasında işlənən “Hər gecəni Qədr bil; hər gələni Xızır bil” məsəlinin də böyük bir fəlsəfi mənası vardır.  Insan hər gecə elə dua etməlidir ki, sanki Qədr gecəsi dua  edir. Nə bilmək olar, bəlkə elə bu gecə onun duası qəbul olacaq. Ümumiyyətlə, insanın duası hansı gecə qəbul olunarsa, onun üçün həmin gecə elə Qədr gecəsi kimidir. 
 
 Məsəlin ikinci hissəsində işlənən “Hər gələni Xızır bil” ifadəsinə gəldikdə isə, burada da böyük bir məna vardır. Belə ki, qapımıza gələn, yaxud qarşımıza çıxan  tanımadığımız  adamla hörmət və ehtiramla davranmalıyıq. Nə bilmək olar, bəlkə elə Xızır Əleyhissəlamdır, bizi sınamağa gəlib? Yaxud, bu şəxsin Allah yanındakı hörməti, dərəcəsi  peyğəmbərlərin hörməti qədər yüksəkdir.  Bütün bunları nəzərə alan ata-babalarımız bizlərə  tanımadığımız adamlara qarşı ehtiyatlı olmağı və nəzakətlə davranmağı öz məsəlləri ilə tövsiyə etmişlər.  
 
“And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!” “Ay” surəsi, 17-ci ayə.
 
Paşa Yaqub,
Həkim, Elmi-lədun bilicisi
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər