00:05
19°C
Bakı
Türkiyə ilə Türkmənistan arasında əməkdaşlıq genişləndiriləcək.
Moderator.az xəbər verir ki, bunu Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Türkmənistanla İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 9-cu iclası ərəfəsində iş adamları ilə görüşündə deyib.
"Dost və qardaş Türkmənistan ilə yaxın əməkdaşlıq şəraitində işləməyə davam edəcəyik. Bu istiqamətdə prezidentlərimiz tərəfindən müəyyən edilmiş 5 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün atılacaq addımların sürətləndirilməsi gündəmimizin ən mühüm mövzularından biri olacaq", - C. Yılmaz vurğulayıb.