00:05
19°C
Bakı
Rusiya ordusunun Ukraynanın Kramatorsk şəhərini atəşə tutması nəticəsində azı 3 nəfər ölüb və 1 nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin "Telegram" kanalında məlumat yayıb.
"Kramatorskun atəşə tutulması nəticəsində azı 3 nəfər həlak olub və 1 nəfər yaralanıb. Bu gün axşam şəhər iki zərbəyə məruz qalıb. Rusiya qoşunları yenidən yaşayış binasına zərbə endirib. Hadisə yerində bütün müvafiq xidmətlər işləyir, axtarış-xilasetmə əməliyyatı davam edir. Qurbanların dəqiq sayı və dəymiş ziyanın miqyası müəyyənləşdirilir", - o yazıb.