19:45
19°C
Bakı
İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhemin şərəfinə Hollivudun "Şöhrət xiyabanı"nda şəxsi ulduz yerləşdiriləcək.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ-nin "Variety" nəşri məlumat yayıb.
Məlumata görə, mərasim iyunun 12-də keçiriləcək.
Qeyd edək ki, 51 yaşlı sabiq futbolçu karyerasını 2013-cü ildə başa vurub. O, təxminən 10 il "Mançester Yunayted"də (İngiltərə) çıxış edib. Yarımmüdafiəçi karyerası ərzində İspaniyanın "Real Madrid", Fransanın PSJ və ABŞ-nin "Los-Anceles Qalaksi" klublarında oynayıb. Bekhem İngiltərə millisinin heyətində 115 matçda meydana çıxıb və 17 qol vurub.
2025-ci ilin iyununda o, "Cəngavər" fəxri tituluna da layiq görülüb.