Süni intellekt iqlim dəyişikliyinin memarlıq abidələrinə vurduğu zərəri hesablayacaq
Dünya
172
08:40, Bu gün

Süni intellekt iqlim dəyişikliyinin memarlıq abidələrinə vurduğu zərəri hesablayacaq

Mədəni irs obyektlərinin iqlim dəyişikliyindən necə zərər görəcəyini əvvəlcədən proqnozlaşdıran süni intellekt (Sİ) modeli hazırlanır.
 
Bu barədə Fransanın Muzeylərin Tədqiqatı və Bərpası Mərkəzinin baş elmi işçisi Enn Burje məlumat yayıb.
 
Onun sözlərinə görə, bu ideya hələ dörd il öncə Avropa Komissiyası səviyyəsində, hava amillərinin tarixi materialların dağılmasına təsirini kəmiyyətcə ölçmək ehtiyacından yaranıb.
 
Modelin təlimatlandırılması üçün tədqiqatçılar hazırda üç tarixi məkandan istifadə edirlər:
 
- XIII əsrə aid Strasburq kafedralının səkkizbucaqlı qüllə oturacağı;
 
- Burqundiyadakı Bibrakt qall yaşayış məskəni (e.ə. III-II əsrlər).
 
İki il ərzində bu məkanlarda hava şəraiti və aşınma dərəcəsi detallı şəkildə qeydə alınıb. Süni intellekt təkcə rütubət və temperatur sensorlarından əldə edilən rəqəmsal məlumatları təhlil etməyi deyil, həm də fotoşəkillər və istilik infraqırmızı təsvirlərindəki çatlar vasitəsilə zədələnmə dinamikasını izləməyi öyrənib.
 
Layihə rəhbərliyi bəzi çətinliklərlə də üzləşib. Belə ki, kommersiya cihazlarının parametrləri fərqli ölçməsi və zədələrin vizual təsvirinin həddindən artıq subyektiv olması işi çətinləşdirib. Məhz bu səbəbdən elm adamları sərt termin və təsnifat sistemi tətbiq etmək məcburiyyətində qalıblar.
 
Hazırlanan yeni metodologiya "Espadon" rəqəmsal platformasında ictimaiyyətə açıq olacaq. Burada istifadəçilər artırılmış reallıq (AR) texnologiyası vasitəsilə konkret binaların gələcək dəyişiklik ssenariləri və iqlim böhranının fəsadları ilə əyani şəkildə tanış ola biləcəklər. Alimlər bu modeldən həm də iqlim problemlərini qlobal səviyyədə nümayiş etdirən siyasi bir alət kimi istifadə etməyi planlaşdırırlar. /Oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər