Bizi sosial şəbəkələrdən izləyin:
Fransa İsrailin Livanda həyata keçirdiyi hərbi əməliyyatlarla əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasına təşəbbüs göstərib.
Moderator.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro BFM telekanalının efirində bildirib.
O əlavə edib ki, Təl-Əvivin hərəkətlərini qəbuledilməz hesab edir və əməliyyatı "ciddi səhv" adlandırıb. Nazirin sözlərinə görə, İsrailin Livanda hərbi əməliyyatları davam etdirməsinə və qüvvələrini ölkə ərazisinin dərinliklərinə doğru irəlilətməsinə heç nə haqq qazandıra bilməz.
"Mən BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb etmişəm", - deyə Barro bildirib.