Ukraynada insanabənzər döyüş robotları peyda olub - VİDEO
Dünya
274
20:59, Bu gün

Ukraynada insanabənzər döyüş robotları peyda olub - VİDEO

Ukraynada xüsusi hərbi əməliyyat zonasına insanabənzər döyüş robotları gətirilib.
 
Oxu.az xəbər verir ki, bu barədə CNBS məlumat yayıb.
 
"Trampın dostlarına məxsus ABŞ startapı Ukraynaya pilot sınaqlar üçün "Phantom MK-1" robotlarının ilk partiyasını təhvil verib. Hələlik robotlar təhlükəli ərazilərdə yüklərin toplanması və daşınması üçün logistika sahəsində sınaqdan keçirilir", - nəşr bildirib.
 

 

Qeyd olunur ki, ilk model məhdud funksionallığa malikdir: yükqaldırma qabiliyyəti 20 kiloqramdır, batareyası zəifdir və sudan qorunma sistemi yoxdur. Startap bu il ərzində xüsusiyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış "Phantom 2" modelini təqdim etməyi planlaşdırır.

İnsanabənzər döyüş robotlarının Rusiya-Ukrayna münaqişəsi zonasına gətirilməsi Ukraynanın öz hərbi texnologiyalarını hazırlamaq və tətbiq etmək istiqamətində səylərini gücləndirdiyi bir dövrə təsadüf edir.

Bundan əvvəl ölkənin Müdafiə Nazirliyi zərbələrin məsafəsini və dəqiqliyini artıran eksperimental idarəolunan aviasiya bombalarının partiyasını satın alıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər