Şərurda çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO
Hadisə
163
22:09, Bu gün

Şərurda çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO

Naxçıvanda çayda köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.
 
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikası, Arpaçay çayının Şərur rayonunun Yuxarı Daşarx kəndindən keçən hissəsində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat
 
 
Məlumatla əlaqədar əraziyə Naxçıvan Muxtar Respublikası FHN-in xilasediciləri cəlb ediliblər.
 
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaşın çay yatağında traktorla dib dərinləşdirmə işləri apardığı zaman ani gələn sel nəticəsində həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.
 
Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 1987-ci il təvəllüdlü Elmir Məhərrəm oğlu Cəfərov xilas edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər