Peter Madyar: Budapeşt Avropa Komissiyası ilə tarixi irəliləyişə nail olub
Dünya
211
20:34, Bu gün

Peter Madyar: Budapeşt Avropa Komissiyası ilə tarixi irəliləyişə nail olub

Budapeşt Avropa Komissiyası (AK) ilə tarixi irəliləyişə nail olub.

Moderator.az-ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Peter Madyar Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüşdən sonra Brüsseldə keçirdiyi brifinqdə bəyan edib.

O bildirib ki, Macarıstanın zəruri islahatları, ilk növbədə, antikorrupsiya islahatlarını həyata keçirdikdən sonra ala biləcəyi 16,4 milyard avronun blokdan çıxarılması təmin edilib: "Biz tarixi irəliləyişə - Macarıstan xalqı üçün son dərəcə vacib olan razılaşmaya nail olduq".

P. Madyarın sözlərinə görə, vəsaitlər kiçik və orta biznesin, nəqliyyatın, səhiyyənin, təhsilin və enerji infrastrukturunun dəstəklənməsinə yönəldiləcək.

O vurğulayıb ki, Brüssellə razılaşma siyasi xarakter daşıyır. O qeyd edib ki, Macarıstan hökuməti islahatların keçirilməsi üçün sabit parlament çoxluğuna malikdir.

P.Madyar sabiq baş nazir Viktor Orbanın hökumətini kəskin tənqid edərək bildirib ki, hakimiyyət Avropa maliyyələşməsinin dondurulmasının səbəbləri barədə "Macarıstan xalqına yalan danışıb".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər