Moldova MDB müqavilələrindən çıxma prosedurunu işə saldı
Dünya
206
15:45, Bu gün

Moldova MDB müqavilələrindən çıxma prosedurunu işə saldı

MDB (Müstəqil Dövlətlər Birliyi) İcraiyyə Komitəsi Moldovanın birliyin əsas müqavilələrindən çıxması ilə bağlı müraciətini alıb.

Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə MDB-nin baş katibi Sergey Lebedev "Müstəqil Dövlətlər Birliyinin 35 ili: nəticələr, məqsədlər və perspektivlər" mövzusunda dəyirmi masa müzakirəsi zamanı məlumat verib.

"Moldova bizə məlumat verib. Biz proseduru işə saldıq. Bu, tam bir il davam edəcək. Lakin həmçinin Kişinyov MDB-nin iqtisadi əməkdaşlığında qalmaq istəyini də ifadə edib", - deyə Lebedev bildirib.

Qeyd edək ki, daha əvvəl Moldovanın MDB-nin əsas müqavilələrindən - birliyin yaradılması, Nizamnamə və Alma-Ata Bəyannaməsindən çıxmaq qərarı Prezident Maya Sandu tərəfindən təsdiqlənib və qüvvəyə minib. Kişineu sonradan bu barədə MDB İcraiyyə Komitəsinə məlumat verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər