20:59
18°C
Bakı
İslamabad Vaşinqton və Tehran arasında imzalanacaq gələcək razılaşmada Pekinin zəmanətçi qismində çıxış etməsində israrlıdır.
Moderator.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ və İran arasındakı danışıqlar prosesində əsas vasitəçi olan Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir hazırda Pekindədir. O, şənbə günü Çinə dördgünlük rəsmi səfərə başlayan Pakistanın Baş naziri Şahbaz Şəriflə birlikdədir. Həmçinin təsdiqlənib ki, Munir ÇXR Dövlət Şurasının Baş naziri Li Tsyan ilə keçirilən görüşdə onu müşayiət edib.