AZTV və İRİA-nın birgə təşkil etdiyi “Mediada rəqəmsal savadlılıq” təlimləri başa çatıb
Ekskluziv
427
19:41, Bu gün

AZTV və İRİA-nın birgə təşkil etdiyi “Mediada rəqəmsal savadlılıq” təlimləri başa çatıb

Media sahəsində rəqəmsal bilik və bacarıqların artırılmasına yönəlmiş “Mediada rəqəmsal savadlılıq” proqramının sonuncu – üçüncü təlim mərhələsi mayın 25-də  uğurla başa çatıb. Təlim Azərbaycan Dövlət Televiziyası (AZTV) məkanında, Azərbaycan Televiziya və Radiosu QSC nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Yekun sessiyada “Media nümayəndələri üçün kibermaarifləndirmə və süni intellekt əsaslı kiber mühitdə tətbiqlər” mövzusu ətrafında geniş müzakirələr aparılıb. Təlimin spikeri Tahir Qurbanov olub.

Görüş zamanı süni intellektin media sahəsində yaratdığı imkanlar və kibertəhlükəsizlik riskləri diqqət mərkəzində saxlanılıb. Müzakirələrdə deepfake texnologiyaları, saxta məlumatların yayılması, rəqəmsal təhlükəsizlik qaydaları və jurnalistlərin kiber mühitdə qorunması ilə bağlı vacib məqamlara toxunulub.

Qeyd edilib ki, proqram çərçivəsində keçirilən təlimlər media nümayəndələrinin rəqəmsal bacarıqlarının inkişafına xidmət edib və Teleradio Akademiyasının müdavimləri ilə yanaşı, müxtəlif media qurumlarını təmsil edən jurnalistləri də əhatə edib.

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər