Nikol Paşinyan Kanadada evinin olması yönündə iddialara cavab verdi
Dünya
183
20:10, Bu gün

Nikol Paşinyan Kanadada evinin olması yönündə iddialara cavab verdi

Ermənistanın baş naziri Nikol Paşinyan "Güclü Ermənistan" partiyasının lideri, rusiyalı iş adamı Samvel Karapetyana qarşı ikinci dəfə məhkəmə iddiası qaldırmaq niyyətində olduğunu açıqlayıb.

Moderator.az xəbər verir ki, buna səbəb Samvel Karapetyanın baş nazirin Kanadada evinin olmasını bildirməsidir.

"O, Kanadada evim olduğunu deyir. Təbii ki, bu absurd ifadəsinə görə onu məhkəməyə verəcəyəm və o, üzr istəyəcək. Mənim bir evim var, o ev Ermənistandır", - deyə Paşinyan sosial şəbəkədə paylaşdığı videoda bildirib.

Mayın 14-də Paşinyan Karapetyanı onun barəsində Çindən bir tona yaxın halüsinogen göbələk gətirdiyini və çıxışlarından əvvəl istifadə etdiyini iddia etdiyi üçün məhkəməyə verib. Baş nazir 6 milyon dram (təxminən 16,200 dollar) təzminat tələb edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər