Paşinyan Ermənistanı 10-15 il sonra necə gördüyündən danışdı
Dünya
149
10:30, Bu gün

Paşinyan Ermənistanı 10-15 il sonra necə gördüyündən danışdı

Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyan 10-15 il sonra ölkəsinin gələcəyini necə gördüyü ilə bağlı verilən suala aydınlıq gətirib.
 
Moderator.az erməni mediasına istinadən xəbər verir ki, baş nazir sözügedən məsələ barədə brifinq zamanı mətbuat nümayəndəsinin sualını cavablandırarkən danışıb.
 
"Mən Ermənistanı sülh içində və suveren bir dövlət kimi xəyal edirəm. Azərbaycanla sülh müqaviləsinin imzalanaraq ratifikasiya olunduğunu, sərhədlərin demarkasiya prosesinin yekunlaşdığını və kommunikasiyaların açıldığını təsəvvür edirəm. On beş ildən sonra isə ölkəmizin ümumi daxili məhsulunun real həcminin ən azı ikiqat çoxalacağını görürəm. Başqa cür desək, biz gələcəkdə azad, demokratik, inkişaf etmiş, müstəqil və şərti olaraq sülhün kəsişdiyi mərkəzə çevrilmiş bir dövlət olacağıq", - deyə N.Paşinyan qeyd edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər