ABŞ Ukraynaya silah satışını təsdiqlədi
Dünya
289
08:40, Bu gün

ABŞ Ukraynaya silah satışını təsdiqlədi

ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində HAWK hava hücumundan müdafiə raket sistemi avadanlığı və dəstək xidmətlərinin satışını təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, məlumat ABŞ Dövlət Departamentinin saytında dərc olunub.
 
Sənədə əsasən, Ukrayna sözügedən hava hücumundan müdafiə sistemləri üçün komponentlərin, ehtiyat hissələrinin alınması, onların modernləşdirilməsi və texniki xidmətinin dəstəklənməsi, eləcə də təmir və geri qaytarma xidmətlərinin alınması üçün müraciət edib. Müqavilənin ümumi dəyəri 108,1 milyon dollar olaraq qiymətləndirilir.
 
Baş podratçı kimi “Sierra Nevada” Korporasiyası çıxış edəcək. Dövlət Departamenti qeyd edir ki, müqavilə ABŞ-ın milli maraqlarına uyğundur və regionda güc balansını dəyişdirməyəcək. Bundan əlavə, Dövlət Departamenti hesab edir ki, müqavilə ABŞ silahlı qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər