00:47
19°C
Bakı
ABŞ şiə təşkilatı Hizbullahla əlaqəli bir qrup Livan siyasətçisinə və təhlükəsizlik məmuruna qarşı sanksiyalar tətbiq edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Departamentindəki mənbə "Əl-Cəzirə"yə bildirib.
"Məhdudiyyətlərin hədəfində olanlar Hizbullahın tərksilah edilməsi səylərinə mane olur və Livan dövlətinin ziyanına hərəkət edirlər" - deyə, məlumatda qeyd olunur.
Sanksiyalara 8 Livan vətəndaşı və 1İran diplomatı məruz qalacaq.
Onların arasında parlament üzvləri Həsən Fədlallah, İbrahim əl-Musəvi, Hüseyn Həcc Həsən və keçmiş nazir Məhəmməd Fneiş də var.