01:27
15°C
Bakı
Türkiyənin Hakkari şəhərinin Şəmdinli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, sərnişin mikroavtobusu idarəetmədən çıxaraq, elektrik dirəyinə çırpılıb.
Hadisə yerinə polis, təcili yardım əməkdaşları cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.