Fransa parlamenti hərbi xərclərin artırılmasını təsdiqləyib
Dünya
125
19 May 2026 | 23:07

Fransa parlamenti hərbi xərclərin artırılmasını təsdiqləyib

Fransa parlamenti 2024-2030-cu illəri əhatə edən yenilənmiş hərbi planlaşdırma qanununu qəbul edib.

Moderator.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yer alıb.

Qanuna əsasən, ölkənin müdafiə xərcləri 436 milyard avroya çatdırılacaq.

Səsvermənin nəticələrinə görə, 440 deputat sənədin lehinə, 122 deputat isə əleyhinə səs verib.

Qəbul edilən sənəd indi Senata göndəriləcək.

Fransa hökuməti yeni planın ölkənin müdafiə imkanlarının gücləndirilməsinə və NATO qarşısındakı öhdəliklərin yerinə yetirilməsinə xidmət etdiyini vurğulayır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər