00:19
15°C
Bakı
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriyaya səfər edib.
Moderator.az-ın xəbərinə görə, İbrahim Kalın Dəməşqdə Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa ilə görüş keçirib.
Görüş zamanı regionda baş verən son hadisələr, təhlükəsizlik məsələləri, eləcə də Türkiyə ilə Suriya arasında əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi müzakirə olunub.