Silah istehsalı mərkəzinin yaxınlığında avtomobil partladıldı - Ölən var - VİDEO
Dünya
216
17:50, Bu gün

Silah istehsalı mərkəzinin yaxınlığında avtomobil partladıldı - Ölən var - VİDEO

Suriya paytaxtı Dəməşqdə silah istehsalı üzrə mərkəzin yaxınlığında avtomobil partlayıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə Suriya KİV məlumat verir.

Bildirilir ki, partlayış nəticəsində bir nəfər ölüb.

"Dəməşqdə partlayış səsi eşidilib və onun təbiəti araşdırılır", - deyə SANA rəsmi xəbər agentliyi bildirib.

Suriya Silahlı Qüvvələrindəki mənbə bildirib ki, partlayıcı qurğu avtomobilə yerləşdirilib və Suriya paytaxtındakı silahların idarəedilməsi mərkəzinin əsas qapısının yaxınlığında partlayıb.

Mülki Müdafiə Nazirliyindəki mənbə partlayış nəticəsində bir nəfərin öldüyünü qeyd edib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər