Avstraliyada unudulmuş xəstəlik yenidən baş qaldırır
Dünya
164
16:00, Bu gün

Avstraliyada unudulmuş xəstəlik yenidən baş qaldırır

Avstraliyada son 10 il ərzində ilk dəfə olaraq difteriya ilə xəstələnmiş insanın ölüm halı qeydə alınıb. Bu, infeksiyanın yayıldığı Şimal zonasında baş verib.

Moderator.az-ın xəbərinə görə, bu barədə News.com.au saytı ölkənin səhiyyə naziri Mark Batlerə istinadən məlumat verib.

Epidemiya başlayandan bəri şimali ərazidə 133 nəfərdə yoluxma qeydə alınıb. Qərbi Avstraliyada 79, Cənubi Avstraliyada 6, Kvinslenddə isə 5 hal aşkarlanıb.

Batler bildirib ki, nazirlik şimali ərazi hökuməti və aborigenlərin nəzarətində olan təşkilatlarla birlikdə peyvəndləmə səylərini artırır.

Mərkəzi Avstraliya Aborigen Səhiyyə Xidmətinin əməkdaşı Con Boffanın sözlərinə görə, həftədə təxminən 15-20 yeni difteriya halı qeydə alınır, lakin bu nisbət tədricən azalır. Onun sözlərinə görə, regionda ilkin peyvəndləmə səviyyəsi yaxşıdır, amma bir çoxları təkrar vaksinasiya olunmurlar. Eyni zamanda yüksək yoluxma riskində olan qruplar üçün təkrar peyvəndlər arasında tövsiyə olunan interval 10 ildən 5 ilə endirilib.

Con Boffa xəbərdarlıq edib ki, yoluxma riski hər yerdə var və boğaz ağrısı və ya dəridə xora əmələ gələn hər kəsi analiz vermək üçün dərhal klinikalara müraciət etməlidir.

Difteriya - burun və boğazın selikli qişasını, eləcə də dərini təsir altında qayan bakterial infeksiyadır. Onun simptomlarına boğazda boz təbəqə, ağrı, vəzilərin şişməsi, qızdırma və nəfəs darlığı daxildir. Vaxtında peyvənd olunmazsa, ciddi fəsadlar mümkündür, lakin xəstəlik dərmanlarla müalicəyə tabe olur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər