Netanyahu bu gün Trampla telefon danışığı aparmaq niyyətindədir
Dünya
124
16:40, Bu gün

Netanyahu bu gün Trampla telefon danışığı aparmaq niyyətindədir

İsrailin Baş naziri Benyamin Netanyahu mayın 17-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparmaq niyyətində olduğunu bildirib.

Moderator.az xəbər verir ki, bu barədə "TASS" Netanyahunun dəftərxanasına istinadən məlumat yayıb.

"Bu gün mən Prezident Trampla danışacağam. Onun Çinə səfərindən təəssüratlarını mütləq eşidəcəyəm", - Baş nazir bildirib.

Netanyahu həmçinin qeyd edib ki, İsrail İranı diqqətlə izləyir.

"Əlbəttə, variantlar çoxdur, biz istənilən ssenariyə hazırıq", - İsrail Baş naziri əlavə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər