83 yaşlı məşhur sənətkar toylarda qadınlara rəqs öyrədir: “Qadınlar kişi kimi oynayırlar” - FOTO+ÖZƏL
Ekskluziv
140
09:50, Bu gün

83 yaşlı məşhur sənətkar toylarda qadınlara rəqs öyrədir: “Qadınlar kişi kimi oynayırlar” - FOTO+ÖZƏL

“Xoreoqrafiya məktəbinə direktor seçiləndə mənim üçün əsas prioritet uşaqların savadlı olması, onların rəqsi sevməsi idi. Bilirsiniz ki, 18 il Bakı Xoreoqrafiya məktəbinin direktoru olmuşam. Direktor seçiləndə yaxşı musiqilər tapdım, müəllimlərə tapşırıq verdim ki, onları səhnələşdirsinlər. Çox gözəl konsertlər təşkil edirdim. Hər yerdən istedadlı uşaqları məktəbə yığırdım. Bir gün eşitdim ki, o vaxtkı Respublika sarayında dövlət konserti var. Sarayın direktoruna zəng edib dedim ki, xahiş edirəm, bizim məktəbdən də bir rəqs nömrəsi götürün. Bu xahişimin qarşılığında mənə dedilər ki, “ehtiyac yoxdur, teatrdan rəqs truppası gələcək”. Nəsə, çox təkid etdim və direktor dedi ki, gəlin. Elə gözəl kostyumlarla möhtəşəm rəqs nümayiş etdirdik ki.. Çox bəyəndilər. Hətta direktor öz nəvəsini sonradan göndərdi ki, bizdə təhsil alsın”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, xoreqoraf Rima Məmmədova deyib.

O daha sonra Ulu Öndər Heydər Əliyevin rəqs sənətinə diqqətindən danışıb:

“Heydər Əliyev bizim məktəbimizin rəqs nömrələrimizi çox bəyənirdi. Bir dəfə konsertdən sonra bizimlə görüşüb, təşəkkür etdi. Mən də utancaq idim, onu görən kimi qaçıb gizlənirdim. Amma yenə də harada olsam da məni qabağa çəkirdi, danışdırırdı. Söhbət əsnasında bildi ki, bizim məktəbin təzə binası yoxdur. Onun göstərişindən sonra bizim üçün bina tikildi. Heydər Əliyev Moskvada işlədiyi üçün açılışa gələ bilmədi. Bir müddət sonra gələndə isə onu böyük konsert proqramı ilə qarşıladıq. Bu konsert onun da çox ürəyincə olmuşdu. Uşaqlar ona təşəkkür edəndə o qədər ürəkdən sevinib gülürdü ki” deyə o bildirib.

Rima Məmmədova bildirib ki, xanımlarla bəylərin rəqsi bir-birindən fərqlənməlidir:

“Bu gün qadınlar toylarda kişi kimi oynayırlar. Bilmirəm niyə görə belə edirlər?” Əlbəttə ki, bu xoş mənzərə deyil. Mən kimi tanıyıramsa, yaxud toyda görürəmsə onlara rəqs öyrədirəm. Bütün xarici rəfiqələrimə Azərbaycan rəqsləri öyrətmişəm (gülür). Toya gedəndə o dəqiqə mənim üçün xüsusi musiqi çalınır və rəqs etməyimi xahiş edirlər. Mən də böyük məmnuniyyətlə rəqs edirəm” deyə Rima Məmmədova deyib.

Qeyd edək ki, Rima Məmmədova rəqs sənətindəki uğurlu və qüsursuz xidmətlərinə görə bugünlərdə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər