İran ABŞ-yə şərt qoydu:
Dünya
419
11:45, Bu gün

İran ABŞ-yə şərt qoydu: "Qırmızı xətlərimiz var"

"İsrail və ABŞ ilə qarşıdurmada özünü qalib tərəf hesab edən İran münaqişənin gələcək nizamlama prosesi üçün xüsusi şərtlər formalaşdırır".

Moderator.az xəbər verir ki, bu qənaəti İran parlamentinin daxili işlər komissiyasının sədri Məhəmməd Saleh Cokar "Mehr" xəbər agentliyinə verdiyi müsahibədə səsləndirib.

O vurğulayıb ki, 10 bənddən ibarət xüsusi plan İslam Respublikası üçün toxunulmaz "qırmızı xətt" hesab olunur.

"Şərtləri uğursuzluğa düçar olmuş, qarşısına qoyduğu məqsədlərə çata bilməyən və yalnız dağıntılara gətirib çıxaran hökumət deyil, döyüş meydanında qələbə qazanan dövlət diktə edir. Məhz bu səbəbdən amerikalılar bizim irəli sürdüyümüz şərtlərlə razılaşmalıdırlar", - deyə o bildirib.

Cokar əlavə edib ki, İran tərəfinin hazırladığı 10 bəndlik tələblər istənilən danışıqlar prosesi üçün "qırmızı xətt" hesab olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər