Ərdoğan:
Dünya
141
17:10, Bu gün

Ərdoğan: "Regionda baş verən münaqişələr türk dünyası daxilində həmrəyliyi daha da artırdı"

"Zirvə toplantısını bizim üçün əhəmiyyətli edən amillərdən biri türk dünyasının ayrılmaz bir hissəsi olan Kipr türklərinin də aramızda təmsil olunmasıdır".

Moderator.az "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı bildirib.

"Kibertəhlükəsizlik bugünkü dünyada quruda, havada və dənizdə təhlükəsizlik qədər həyati və vacib məsələdir. Zirvə görüşümüzün süni intellekt və rəqəmsal inkişaf mövzusu ilə bağlı keçirilməsinin çox məqsədəuyğun olduğunu düşünürəm. Türk dünyasının rəqəmsallaşma yolu ilə inkişaf etməsi vizyonu böyük əhəmiyyət kəsb edir. Texnologiya sahəsində əməkdaşlığımız artmalıdır", - deyə dövlət başçısı bildirib.

Türkiyə prezidenti regionda baş verən münaqişələrin türk dünyası daxilində həmrəyliyi daha da artırdığını önə çəkib:

"Yaxın ətrafımızdakı böhranlar bir daha türk dünyası daxilində həmrəyliyin dəyərini nümayiş etdirdi. Məsləhətləşmə mexanizmlərimizi gücləndirməliyik.

Hörmüz boğazı böhranında olduğu kimi, türk dünyasını birləşdirən nəqliyyat layihələri bizim prioritetimiz olaraq qalacaq.

Ümid edirik ki, təşkilatımız daxilində müdafiə sənayesi ilə bağlı görüşlər mütəmadi olaraq keçiriləcək".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər