Pakistan
Dünya
78
21:07, Bu gün

Pakistan "Fatah-4" qanadlı raketini sınaqdan keçirib

Pakistan yüksək dəqiqliyə malik "Fatah-4" qanadlı raketinin sınaqlarını uğurla həyata keçirib.

Moderator.az xəbər verir ki, bu barədə TASS Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən məlumat yayıb.

"Qabaqcıl avionika və müasir naviqasiya sistemləri ilə təchiz edilmiş "Fatah-4" böyük məsafələrdəki hədəfləri dəqiqliklə vurmağa qadirdir", - məlumatda bildirilir.

Buraxılışın məqsədi qoşunların operativ hazırlığının təmin edilməsi və vurma dəqiqliyini artırmaq üçün raketin əsas texniki sistemlərinin yoxlanılmasıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər